"Mançester Siti" "Bavariya"nın futbolçusu Kinqsli Komanı transfer etmək istəyir. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "şəhərlilər" fransalı yarımmüdafiəçinin keçidi üçün Münhen klubu ilə danışıqlara başlayıb. "Mançester Siti" rəhbərliyinin bu transfer üçün qarşı tərəfə 60 milyon avroluq təklif göndərdiyi bildirilir. Qeyd edək ki, 2015-ci ildən icarə əsasında "Bavariya"da çıxış edən 21 yaşlı futbolçu bir neçə gün əvvəl Münhen klubu ilə 2022-ci ilə qədər müqavilə imzalayıb. O, Fransa millisinin də üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB