Qrizmann La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib

Qrizmann La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib

Futbol üzrə İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. La Liqanın rəsmi saytında yer alan xəbərə görə, ötən ayın ən yaxşısı "Atletiko"nun futbolçusu Antuan Qrizmann seçilib. Qeyd edək ki, 26 yaşlı hücumçu mart ayı ərzində meydana çıxdığı 4 qarşılaşmada 5 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə