Aniş Qiri: "Rəqibim isə yaranmış mövqedən baş çıxarda bilmədi" AÇIQLAMA

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" superturnirinin 4-cü turunda Hollandiya təmsilçisi Aniş Qiri Hindistan şahmatçısı Pentala Harikrişna üzərində inamlı qələbə qazanıb. SİA-nın məlumatına görə, qarşlaşmadan sonra Aniş Qiri partiya haqda bunları deyib: "Oyunun əvvəlində yenilik etdim. Klassik nümunələrə əsasən "Poluqayevskiy-Tal" oyununa uyğun olaraq tipik mitteşpil aldım. Rəqibim isə yaranmış mövqedən baş çıxarda bilmədi. Kobud səhv edərək, material itkiyə məruz qaldı və özünü məğlub elan etdi. Partiyanın əvvəli çox darıxdırıcı keçirdi. Amma sonra bir çox imkanlar yarandı, istədiyim müəyyən gedişləri həyata keçirim. Ümumiyyətlə oyunumdan razı qaldım".
Pentala Harikrişna isə oyun barədə belə deyib: "Dünənki məğlubiyyətim mənə pis təsir etdi. Dünən açılış hissədə nəzərdə tutduğum gedişi unutdum və məğlub oldum. Bu gün də psixoloji sarsıntıdan özümə gələ bilmədim və inamsız bir oyun nümayiş etdirdim. Ardıcıl olaraq iki oyun qara fiqurlarla oynadım və məğlub oldum. İnanıram ki, qara zolaq sona çatdı".

Bütün xəbərlər Facebook səhifəmizdə