Nikolas Kanales: "Çalışacağıq ki, liderlər qrupunda möhkəmlənək”

"Neftçi" PFK-nın hücumçusu Nikolas Kanales "Qəbələ" ilə keçiriləcək oyun haqda danışıb. SİA-nın məlumatına görə, çilili futbolçu iki mövsüm əvvəl "Qəbələ"yə qarşı oynadığını bu komandanın nəyə qadir olduğunu bildiyini qeyd edib: "Standart vəziyyətlərdən çox yaxşı yararlanmağı bacarırlar. Bildiyimə görə, "Qəbələ" 2 il əvvəlkindən daha güclüdür. Ötən mövsüm Azərbaycan kubokunun finalına çıxıblar və Premyer Liqanın bürünc medalını qazanıblar. "Qəbələ"nin heyətində kifayət qədər səviyyəli futbolçu yer alır. Doğma meydan amilini də nəzərə alsaq, azarkeş dəstəyi də daha çox onların tərəfində olacaq. Bununla belə, çalışacağıq ki, Qəbələdən 3 xalla qayıdıb, liderlər qrupunda möhkəmlənək".

Bütün xəbərlər Facebook səhifəmizdə