Ölkəmizin təbliğinə hər yöndə dəstək verən Madrid "Atletiko"su İspaniya La Liqasında keçirdiyi son oyunda daha bir yeniliyə imza atıb. Siasport.az saytının məlumatına görə, Dieqo Simionenin yetirmələrinin Madrid "Real"ı ilə keçirdiyi görüş zamanı (2:2) reklam lövhələrində "We remember Xocalı" (Biz Xocalını xatırlayırıq) sözləri nümayiş etdirilib. Bununla Madrid təmsilçisi Azərbaycanın dünyadakı haqq səsinə bir daha dəstək vermiş olub.
Xatırladaq ki, "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Madrid "Atletiko"suna sponsorluq edir və komandanın formasında "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) ifadəsi yazılır. Bununla yanaşı, Fransanın "Lans" klubunun formasına da eyni yazı həkk olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB