Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbər orqanlarına seçkilər keçirilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbər orqanlarına seçkilər keçirilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin IV hesabat seçki konqresi keçirilib. Siasport.az saytının məlumatına görə, konqresdə Milli Paralimpiya Komitəsinin 2009-2012-ci illər üzrə fəaliyyəti və Komitənin Nəzarət-Təftiş Komissiyasının hesabatları, Milli Paralimpiya Komitəsinin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Komitənin növbəti 4 il üçün (2013-2016-cı illər) strateji fəaliyyət planı müzakirə edilib.
Sonda Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbər orqanlarına seçkilər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə