İspaniyanın "Real" futbol klubunda çıxış edən braziliyalı futbolçu Kaka, son vaxtlar mövqelərini möhkəmləndirməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, kral klubunda daha çox gününü ehtiyat oyunçular skamyasında keçirən ulduz futbolçu. artıq bir neçə qarşılaşmada Joze Maurinyo tərəfindən əsas ilk 11-liyə salınır. Braziliyalı futbolçu eyni zamanda ardıcıl olaraq 2-ci dəfə Braziliya millisinin düşərgəsinə dəvət edilib. Onun son "Departivo" qarşılaşmasında göstərdiyi futbol da deməyə əsas verir ki, Kaka hələ bir neçə il "Real"da oynamaq imkanına sahibdir. Təbii ki, hər şey baş məqşçidən və klub rəhbərliyindən asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə