Milito: "Biz "Neftçi"yə əsl gücümüzü göstərəcyik"

Cümə axşamı UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda "Neftçi" ilə qarşılaşacaq Milan "İnter"i, bu görüşə ciddi hazırlaşır. Siasport.az saytı xəbər verir ki, artıq "İnter"in bir çox futbolçuları "Neftçi" ilə qarşıdakı görüş barəsində öz fikirlərini açıqlamağa başlayıblar. Milan təmsilçisinin forvardı Dieqo Milito öz şəxsi twitter səhifəsində, "ağ qaralar"la bağlı fikirlərini dilə gətirib: "Bizi qarşıda 2 çətin oyun gözləyir. Cümə axşamı Bakıda "Neftçi" ilə, bazar günü isə A seriyasında "Milan"la üzləşəcəyik. Bu oyunlarda qalib gələrək, "İnter"in əsl gücünü göstərməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...