UEFA-nın rəsmi saytı və Türkiyə mətbuatı "Neftçi"nin uğurundan yazır

Dünən axşam Cənubi Kiprdə "APOEL"i məğlub edərək Azərbaycan futbolunda tarix yazan, UEFA Avropa Liqasına vəsiqə qazanan "Neftçi"nin uğurları, xarici mətbuat səhifələrində də işıqlandırılıb. Siasport.az saytı xəbər verir ki, UEFA-nın rəsmi saytı "Neftçi" sensasiya etdi" başlıqlı yazı dərc edərək, komandamızın güclü "APOEL" qarşısındakı uğuru barədə yazıb. Bundan başqa, Türkiyənin aparıcı mediya və idman saytları komandamızın uğurları barədə yazılar və məlumatlar dərc ediblər. "NTV Spor", "Fotomaç", "Türkiyə", "Habertürk", "STAR" və digər nüfuzlu KİV-lərdə Azərbaycan çempionunun uğuru barədə geniş məlumatlar dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...