Boksçularımız Avropa çempionatında tam heyətlə çıxış edəcək

İyunun 23-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında boks üzrə Avropa çempionatı start götürəcək. Boks Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, Azərbaycan komandası qitə birinciliyində tam tərkibli heyətlə (13 boksçu) mübarizə aparacaq.

Məlumat üçün bildirək ki, yığmamızın heyətinə Elnur Şəfizadə (48 kq), Tayfur Əliyev (50 kq), Məsud Yusifzafə (52 kq), Məhəmmədəli Tahirov (80+kq) kimi yetərincə beynəlxalq rəcrübəsi olan idmançılar daxil edilib. Sofiyada digər çəki dərəcələrində Elməddin İsmayılov (46 kq), Orxan Əliyev (54 kq), Şamil İbrahimzadə (57 kq), Cavid Quliyev (60 kq), Sirac Süleymanov (63 kq), Hüseyn Tanrıverdi (66 kq), Şamil Əliyev (70 kq), Nicat Sadıqov (75 kq) və Orxan Əliyev (80 kq) rinqə çıxacaq.

Qeyd edək ki, final döyüşləri iyunun 30-da keçiriləcək. Komandaya məşqçilər Təvəkkül Məmmədov və Elbrus Rzayev rəhbərlik edəcək. Avropa çempionatının texniki nümayəndəsi Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...