Premyer Liqaya avqustda start veriləcək

Premyer Liqaya avqustda start veriləcək
Azərbaycan Premyer Liqasının yeni mövsümü avqust ayında başlayacaq. Siasport.az saytının xəbərinə görə, Peşəkar Futbol Liqasından verilən məlumatda ölkə çempionatının ilk turunun oyunları Avqustun 4-ü və 5-də keçiriləcək.

Məlumat üçün bildirək ki, Premyer Liqanın 2012/2013-cü il mövsümünün püşkatması isə, iyul ayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə