Avropanın ən güclü klubu kimdir: “Bavariya”, yoxsa “Çelsi”?

Milli çempionatlarda uğursuzluq yaşayanların Avropanın ən nüfuzlu klub turniri mübarizəsi

Milli birinciliklərdə uğursuzluğa düçar olan Münhen "Bavariya"sı və London "Çelsi" mövsümü Çempionlar Liqasının finalında Avropanın ən güclü klubu titulunu qazanmaqla xilas etməyə çalışacaqlar.


"Bavariya" və "Çelsi" arasında qarşılaşma Münhendə keçiriləcək və bu, Almaniya klubu üçün müsbət məqamdır. İndiyədək Çempionlar Liqasının fnialları iştirakçılardan hansısa üçün doğma stadionda keçirilməyib. Bu, "Bavariya" üçün əhəmiyyətli faktordur. Yupp Heynkesin komandası Avropanın ən nüfuzlu klub turnirində yeddi ev oyununda qalib gəlib.


Bu, "Bavariya" üçün səkkizinci final olacaq. "Çelsi" isə Çempionlar Liqasının qalibi titulu uğrunda ikinci dəfədir mübarizə aparır. Hər iki klubu birləşdirən xüsusiyyət onların son həlledici oyunlarda məğlub olmalarıdır. "Bavariya" iki il əvvəl "İnter"ə məğlub olub, "Çelsi" isə 2008-ci ildə "Mançester Yunayted"in öhdəsindən gələ bilməyib.


"Çelsi"nin heyətində cəzalı Con Terri, Branislav İvanoviç, Raul Meyreleş və Ramiresm finalda meydana çıxa bilməyəcək. Amma David Luris və Hari Kehill zədədən sonra komandaya qayıdıblar.


"Bavariya"nın heyətində də cəzalı oyunçuların sayı kifayət qədərdir. "Real"la yarımfinal oyunundan sonra müdafiəçilər Holger Badştuber və David Alaba, eləcə də, yarımmüdafiəçi LuisQustavo cəzalı duruma düşüblər.


Qeyd edək ki, "Bavriya"-"Çelsi" qarşılaşmasını portuqaliyalı Pedru Proens idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə