“Xəmsə” Milli İntellektual Oyunu keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Gəncliyə Yardım Fondunda \"Xəmsə\" Milli İntellektual Oyununun V Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi baş tutub. Siasport.az saytının məlumatına görə, tədbirə Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov və kütləvi bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Salman Əbdülov iştirak qatılıb.

Qeyd edək ki, oyunda yaşı 18-dən 29-dək olan gənclərdən ibarət, hər birində 5 əsas və 2 ehtiyat oyunçu olan komandalar iştirak edib. Bakı şəhəri üzrə zona mərhələsində Bakı şəhərinin 11 rayon komandası ilə yanaşı Abşeron (2 komanda) və Sumqayıt (3 komanda) şəhərinin komandaları da mübarizə aparıb. Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrinin artırılması, intellektual oyunların gənclər arasında təbliğ olunması, eləcə də onların asudə vaxtlarının səmərəli və maraqlı təşkil edilməsindən, eyni zamanda "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsini təmin etməkdən ibarət olub.

Məlumat üçün bildirək ki, yarışın yekun nəticəsinə əsasən I yerə Abşeron rayon komandası, II yerə Sumqayıt şəhər komandası, III yerə isə Nəsimi rayon komandası layiq görülüb. Oyunda mükafata layiq görülən hər bir komanda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunub. Bakı şəhəri üzrə zona mərhələsində mükafata layiq görülmüş komandalar \"Xəmsə\" Milli İntellektual Oyunu üzrə Azərbaycan Çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə