\"Artıq tam əminliklə demək olar ki, futbol üzrə İngiltərə milli komandasını "Avro-2012"yə aparacaq baş məşqçinin adı futbol ictimaiyyətinə məlumdur. Siasport.az saytı xəbər verir ki, "Vest Bromviç"in baş məşqçisi olan Roy Hocson \"dumanlı albim\" millisinin sükanı arxasına keçmək üçün sadəcə günləri saymaqdadır.
İngiltərə Futbol Assosiasiyasının prezidenti Devid Bernşteyn bildirib ki, Hocson millinin baş məşqçi vəzifəsinə yeganə namizəddir. Artıq məşqçiyə rəsmi dəvət onun işlədiyi kluba da göndərilib. "Vest Bromviç"in prezidenti Ceremi Pisin yaydığı açıqlamada da Hocsunun milliyə dəvət aldığı təsdiqlənib. Bununla belə, klub prezidenti ümidvar olduğunu bildirib ki, Hocson komandasıyla əməkdaşlığı davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB