"Qalatasaray" üçün Reyes "dəftəri bağlandı"

Nəhayət ki, İstanbulun "Qalatasaray" futbol klubu, "Atletiko Madrid" klubundan "cim bom"a transfer olunacağı deyilən Xose Antonio Reyesin məsələsinə birdəfəlik aydınlıq gətirib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun 57 yaşlı baş məşqçisi Fatih Terim dünən jurnalistlər qarşısında çıxış edərək bildirib ki, onun komandası X.A. Reyesin transferini birdəfəlik gündəmdən çıxarıb. "İmperator" ləqəbli futbol mütəxəssisi bunu onunla əlaqələndirib ki, "Atletiko Madrid"li futbolçunun təkcə 3 illik müqavilə məbləği 20 milyon avroya bərabərdir. Xatırladaq ki, bir həftə bundan əvvəl "Qalatasaray" prezidenti Ünal Aysal TRT-nin "Stadyum" futbol proqramında çıxışında bildirmişdi ki, F.Terimin razılığ verəcəyi təqdirdə Reyesin "Qalatasaray"a transferi an məsələsidir. Görünür "imperator", artıq bütün "daşları yerində oturuşan" komandasında 3 illik müqaviləsi 20 milyon avro olan futbolçuya ehtiyac duymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə