Semih Şentürk Aykut Kocamanın \"qara siyahısına\" düşüb

Semih Şentürk Aykut Kocamanın \"qara siyahısına\" düşüb
İstanbulun \"Fənərbaxça\" futbol klubunun və futbol üzrə Türkiyə millisinin futbolçusu olan Semih Şentürkün işləri, doğma klubunda yaxşı getmir. Siasport.az saytı xəbər verir ki, türkiyəli futbolçu artıq neçə qarşılaşmadır ki, meydana çıxa bilmir və gününü ehtiyat oyunçular skamyasında keçirməklə məşğuldur. Baş məşqçi Aykut Kocaman tərəfindən \"qara siyahıya\" salındığı iddia edilən S. Şentürk, hazırkı vəziyyətlə razılaşmaq da istəmir. Belə ki, Türkiyə mətbuatı istedadlı futbolçunun hazırkı situasiya ilə bağlı İstanbul klubunun rəhbərliyi ilə görüşmək qərarına gəldiyi haqqında məlumatlar dərc edirlər. Xatırladaq ki, hələ \"Fənərbaxça\" prezidenti Əziz Yıldırım həbs olunmamışdan əvvəl, İspaniyanın \"Deportivo\" futbol klubu S.Şentürkü transfer etmək üçün \"Fənərbaxça\"ya rəsmi təklif göndərmişdi. Amma o zaman həm futbolçunun özü, həm də İstanbul klubunu rəhbərliyi bu təklifi geri çevirmişdi. İndi S.Şentürkün İspaniya təmsilçisinin təklifini rədd etdiyinə görə peşman olması haqqında Türkiyənin idman mətbuatında yazılar dərc olunmağa başlanılıb. Amma bunun artıq heç bir mənası yoxdur. S. Şentürkün bir çarəsi qalıb ki, o da baş məşqçi ilə dil tapıb problemi yoluna qoymasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə