"Sabah" basketbol komandası FIBA Avropa Kubokunda ilk oyununa çıxıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, son ölkə çempionu G qrupunda Belçikanın "Spiru" kollektivi ilə üz-üzə gəlib. "Dome Şarlerua" arenasında keçirilən qarşılaşma rəqibin 82:81 (24:26, 25:16, 18:20, 15:19) hesablı qələbəsi ilə yekunlaşıb.
Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda qrupun digər görüşlərində Yunanıstanın “Marussi” və İsveçin "Norrçepinq Dolfins" klublarını sınağa çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB