“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasından (ACF) SİA-ya verilən məlumata görə, yığma yarışda 8 çəki dərəcəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunacaq.
Azərbaycanı qadınlar arasında Leyla Əliyeva (48 kiloqram) və Acelya Toprak (57 kiloqram), kişilərdə isə Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Murad Fətiyev, Musa Hüseynli (hər ikisi 90 kiloqram), İmran Yusifov və Uşanqi Kokauri ( hər ikisi +100 kiloqram) təmsil edəcəklər.
Yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, oktyabrın 11-dən 13-dək keçiriləcək turnirdə 30 ölkədən 232 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə