Azərbaycanın bədii gimnastika yığmasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının bu növ üzrə atletlərin nümayəndəsi Siyana Vasileva 5-7 yaş qrupuna aid gimnastların məşq prosesinə dair ustad dərsləri keçəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, dərslər oktyabrın 25 və 26-da Milli Gimnastika Arenasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə