Voleybol üzrə milli komandamız EEVZA çempionatında iştirak edəcək

20 yaşadək voleybolçu qızlardan ibarət komandamız Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. SİA Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarışda ümumilikdə 6 ölkənin yığma komandası mübarizə aparacaq. Millimiz Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.

“AVRO-2024”ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə