“Barselona” çempion kimi 60 milyon avro alacaq

Kataloniya “Barselona”sı La Liqada qızıl medal qazandığı üçün pul mükafatı alacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Marca”nın məlumatına görə, “Mavi Qarnet” 2022/23 mövsümündə çempionluq qazandığına görə 60 milyon avro qazanacaq.

Gümüş medalların sahibi 54 milyon avro, ilk üçlüyü bağlayan klub isə 46 milyon avro qazanacaq.

Liqanın dördüncü komandası bankını 39 milyon avro ilə dolduracaq.

Bundan əvvəl "Barselona" vaxtından əvvəl İspaniya çempionu olsa da, medallar uğrunda mübarizə hələ də davam edir. Hazırda "Real Madrid" ikinci (77 xal, 37 oyun), "Atletiko Madrid" üçüncü (73 xal, 36 oyun), "Real Sosyedad" dördüncü (68 xal, 36 oyun ) pillədə qərarlaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə