Mbappe dünya çempionatları tarixində rekorda imza atıb

Fransa millisinin üzvü Kilian Mbappe dünya çempionatları tarixində rekorda imza atıb. SİA xəbər verir ki, o, buna DÇ-2022-nin 1/8 finalında Polşa ilə matçda (3:1) dubl etməklə nail olub. Nəticədə Mbappe mundialda vurduğu qolların sayın 9-a çatdırıb. Bununla da 24 yaşlı hücumçu rekorda imza atıb. İndiyədək heç bir oyunçu dünya çempionatlarında 24 yaşınadək 9 qol vura bilməyib.

Həmçinin Mbappe mundiallardakı qol sayına görə Argentina yığmasının kapitanı Lionel Messiyə çatıb. Belə göstərici üçün Mbappeyə 11, Messiyə isə 23 matç lazım olub.

Qeyd edək ki, Mbappe 2017-ci ildən Fransa millisinin üzvüdür. O, mundiallardakı ilk 4 qolunu Rusiyada keçirilən DÇ-2018-də vurub. Həmin vaxt forvard Fransa millisi ilə dünya çempionu adını qazanıb. Mbappe digər qollarına isə DÇ-2022-də imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə