İnsan həyatını davam etdirmək və müxtəlif ehtiyaclarını ödəmək üçün hansısa şəkildə işləməlidir. Özünüzü daha yüksək səviyyələrə daşımaq və uğur qazanmaq üçün işləməkdən əlavə çox çalışmaq lazım olduğunu düşünürsünüzsə, qəti şəkildə yanılırsınız. Çox işləmək yox, ağıllı işləmək faydalıdır.
Uzun saat aralığında çalışmaq və nəticə əldə etməmək, daha da çox yorulmaq əvəzinə, vaxtı düzgün idarə etmək lazımdır. Buna ağıllı işləmək deyilir.
Uğur hekayələri sahibkarlıq dünyasında çox məşhurdur. Bu hekayələr sahibkarları ruhlandırmaq və motivasiyasını artırmaq üçün vacib olsa da, çox vaxt aysberqin görünən hissəsini qeyd etmək onlara mənfi təsir göstərə bilər. Çünki bəzən bu hekayələr uğurlu sahibkarların yaşadıqları çətinlikləri və ya haradan başladığını təsvir etmək üçün kifayət etmir.
Sahibkarların unutmaması lazım olan əsas şey uğurun əslində başlanğıcda və ya başqa sözlə işə başlamada gizləndiyidir.
Gəlin bir sıra nümunələrə nəzər salaq:
"Twitter"in 2006-cı ildə bərbad idi. Ancaq platforma bu vəziyyətdə belə fərq yarada bildi. Çünki Jack Dorsey və tərəfdaşları artıq layihəni beyinlərində reallaşdırmışdılar. Bu gün "Twitter"in 328 milyonda çox aktiv istifadəçisi var və çox uğurlu bir platformadır.
Heç universitet məzunu olmayan iki gəncin ortaqlığı ilə kiçik bir qarajdan başlayan "Apple" hekayəsini çoxumuz bilirik. Bu gün "Apple" dünyanın ikinci ən dəyərli şirkəti və texnologiyanı formalaşdıran ən əhəmiyyətli şirkətlərdən biridir. Jobs və Wozniak özlərinin "Apple" hekayəsində uğur qazanmaq üçün böyük büdcəyə və ya dəbdəbəli ofislərə ehtiyac olmadığını sübut etdilər.
Harvardda yataqxanada qurulan "Facebook" bu gün dünyanın ən böyük sosial media şəbəkəsidir. Çox kiçik bir büdcə ilə qurulan, lakin uğurlu nümunə olan hekayəsi, başlanğıcların böyük imkanlar tələb etmədiyini sübut edir.
Müəyyən edilmiş vaxtda məqsədə çatmağa uğur deyilir. Müvəffəqiyyət təkcə iş həyatında keçərli bir anlayış deyil. İnsanın sənət fəaliyyətində və ya sevgi münasibətlərində də uğur qazanması mümkündür. Əhəmiyyətli olan odur ki, fərd nə istədiyini bilsin və onları həyata keçirmək üçün kifayət qədər enerji, güc və iman sahibi olsun.
Uğurlu olmaq üçün nə etməliyik və uğurun sirri nədir?
Hər kəs uğur qazanmaq və təqdir edilmək istəyir. Bəziləri üçün uğur zəngin olmağa bərabərdir, bir çoxları üçün isə əsl uğur karyeradır. Uğurun tərifi hər kəs üçün fərqli olsa da, arzularını həyata keçirmək və nəyəsə tam nail olmaq üçün keçməli olduğu yollar demək olar ki, eynidir.
Uğurun sirrini üç sözlə ümumiləşdirmək olar:
1. İnanc
2. Motivasiya
3. Nizam-intizam
Bu üçündən birinin belə olmaması uğura gedən yolun bağlanmasına və zəhmətin boşa getməsinə səbəb olur. Xülasə, insan özünə və bacaracağına inanmalı, özünü tez-tez motivasiya etməli, nizam-intizamla işləməlidir.
Uğur üçün 10 məsləhət:
1. Plan hazırlamaq
Bir yola çıxmazdan əvvəl insan özündən soruşmalıdır: "Mən tam olaraq nə etmək istəyirəm?" "Karyera hədəflərim nədir?" "5-10 ildən sonra özümü harada görürəm?" Planlı olmaq uğura aparan yolun ilk addımıdır. Plansız hərəkət etmək insanın fürsətləri yaxşı dəyərləndirməməsinə və hədəflərini çox gec həyata keçirməsinə səbəb olur.
2. Cəsarətli olmaq
Uğurlu olmaq istəyən fərdlər lazım gəldikdə ciddi qərarlar verməyi bilməlidir. Bunun üçün hər kəsin getdiyi yolla getmək əvəzinə, ilkləri sınayacaq qədər cəsarətli olmaq lazımdır.
3. Risk etmək
Lazım olanda risk almağı bilmək də uğurun meyarlarındandır. Xüsusilə iş həyatında risk faktorlarını yaxşı qiymətləndirmək, alına biləcək riskləri təyin etmək və buna uyğun hərəkətlər etmək sizi zəngin və uğurlu bir iş adamı edə bilər.
4. Səbirli olmaq
Necə deyərlər, “Tələsən təndirə düşər”. Bunun üçün səbirli olmaq lazımdır.
5. Mübarizə aparmaq
Nə olursa-olsun, insan qarşılaşdığı maneələrdə ruhdan düşməməli və onları aşaraq yeni hədəflərinə çatmağa çalışmalıdır. Bunun üçün mübariz ruhun olması lazımdır.
6. Güzəşt etməmək
Müvəffəqiyyətli olmaq istəyən fərdlər heç vaxt bildikləri həqiqətlərdən əl çəkməməli və başqalarının fikrinə uyğun hərəkət etməməlidirlər.
7. Müsbət düşünmək
Həyatda istədiyimizi əldə etmək həmişə mümkün olmur, amma yenə də nikbin olub gələcəyə pozitiv baxmalıyıq. Məqsədlərimizə yalnız bu yolla nail ola və uğur qazana bilərik.
8. Qərarlı olmaq
Xüsusilə iş həyatında tələsik qərarlar verməməliyik, amma qərar verdikdən sonra nə olursa olsun onun yanında olmalıyıq. Qərarsızlıq insanın vaxt itirməsinə səbəb olur. Vaxt itkisi isə uğursuzluğun ən böyük səbəblərindən biridir.
9. İntizamlı olmaq
Bizi hədəflərimizə çatmağa aparan yolda yorulmadan, amansızcasına çalışmalı, nizam-intizamlı olmalıyıq. İntizamlı olmaq üçün vaxtdan düzgün istifadə etmək böyük əhəmiyyət kəsb edir.
10. Yeni fikirlərə açıq olmaq
"Ağıl ağıldan üstündür." Biz həmişə yeni ideyalara açıq olmalıyıq. Dar düşüncə insanın həm uğursuz, həm də bədbəxt olmasına səbəb olur.

Ağıllı işləmək üçün nə etmək lazımdır?
- Lazımsız detallarla məşğul olmayın, prioritetlərinizi təyin edin.
- Hər işi tək görməyə çalışmayın. Lazım gələrsə kömək alın. Bu arada işiniz zamanı fasilə verməyi unutmayın.
- Hər məsuliyyəti üzərinizə götürməyin.
- Qeydlər aparın.
- Bu günün işini sabaha qoymayın.
Çox çalışmaq uğurlu olmaq demək deyil. Uzun müddət səmərəsiz işləməkdənsə, az, amma məhsuldar işləmək daha yaxşıdır.
Uğurun bir hissəsi şansdan asılıdırsa, təbii ki, qalanı da səmərəli işləməkdən keçir. Çox işləmək və məhsuldar olmaq arasında ciddi fərq var. Məhsuldar olmaq vaxtın və enerjinin düzgün idarə edilməsidir. Biz az enerji sərf etməklə daha faydalı öyrənməliyik. Bunun üçün yeni nəsə etməyə ehtiyac yoxdur. Etdiyimiz bəzi işlərdən imtina etmək kifayətdir.

Daha məhsuldar olmaq üçün bunları etməliyik:
1. Yüksək məhsuldarlığa nail olmaq üçün özümüzü kifayət qədər yatmağımız və normal templə qədərində işləməyimiz lazımdır.
2. Çox işləməyin, ağıllı şəkildə işləyin. Yəni, az, amma saz olsun.
3. Hər məsuliyyəti öz üzərinizə götürməyin. Ehtiyacınız olanda kömək istəməyi bacarın.
4. Mükəmməl olmaq fikrindən əl çəkin. Mükəmməl insanlar bir işə lazım olduğundan daha çox vaxt sərf edirlər. Onlar xırda bir detala çox diqqət yetirərək, böyük mənzərəni əldən verirlər.
5. İşə arada fasilə verin. Düşünmək üçün özümüzə vaxt ayırmağımız vacibdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB