Əlillik statusu olan şəxslər Əmək və Sosial Müdafiə sistemində işləyə bilər? - QURUM RƏSMİSİ AÇIQLADI

Əlillik statusu olan şəxslər Əmək və Sosial Müdafiə sistemində işləyə bilər? - QURUM RƏSMİSİ AÇIQLADI

"Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ölkəmizdə prioritet sahələrdəndir". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır: "Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Belə ki, əlilliyi olan şəxslərlə bağlı dünyanın ən qabaqcıl təcrübələrindən bəhrələnən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində hazırda 222 əlilliyi olan şəxs çalışır. Həmçinin nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən təkcə bu ilin 8 ayı ərzində 368 əlilliyi olan şəxs işlə təmin edilib və həssas kateqoriyadan olan vətəndaşlarımızın məşğulluq məsələri hər zaman diqqət mərkəzindədir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə