Sürücülər ən çox hansı yol hərəkəti qaydalarını pozurlar? - QURUM RƏSMİSİ DANIŞDI

Dünyanın bütün iri şəhərlərində tıxaclar nəqliyyat təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, insanların sağlamlığına xələl gətirir, həmçinin, regional və qlobal ekoloji vəziyyətə təsirsiz ötüşmür. Yaşadığımız şəhərdə demək olar ki, hər birimiz gün ərzində ən azı 1 dəfə də olsa evdən çıxıb harasa gedirik. Kimisi dükana, bazara, kimisi işə, kimisi də məktəb və ya universitetə. Amma hər dəfə də mənzil başına gecikirik. Bəzən yolda hansısa avtomobil xarab olub bütün yolu bağlayır, bəzən də ümumiyyətlə, avtomobillərin çoxluğundan uzun-uzadı tıxac yaranır. Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli SİA-ya bildirib ki, hazırda paytaxtda ən çox qayda pozuntusu dayanma-durma tələblərinin pozulmasıdır.

Araz Əsgərlinin sözlərinə görə, yol hərəkəti istiqamətində hərəkət istiqamətində avtomobillərin saxlanılması süni sıxlıqlara səbəb olur: "Dəfələrlə bununla bağlı açıqlama vermişik, vətəndaşlara xəbərdarlıq etmişik. Sıxlığın olmamasını istəyiriksə, müəyyən qaydalara riayət etməliyik. Bəzən bu cür məsələlərə görə, sürücü ilə polis arasında mübahisələr baş verir. Amma sürücü də başa düşməlidir ki, mövcud infrastrukturda aparılan xidmət zamanı qarşımıza qoyulan əsas məqsədlərdən biri də əhalinin böyük bir hissəsinin tələbi olan yollardakı sıxlıqların, tıxacların qarşısını almaqdır. Bundan narazılıq ediriksə, qaydalara da ciddi şəkildə riayət etməliyik. Hər bir vətəndaş da avtomobilini gedəcəyi yerdə qoyub tam tərk etməməlidir. Şəhər mühitində hər bir şeyi adekvat qiymətləndirməliyik”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə