Sosial media istifadəsi gündəlik fəaliyyətimizin bir hissəsidir. Ondan istifadə etməyin və etməməyin faydaları son illərdə müzakirə olunur. Bu, vərdiş halını alıb və əl çəkmək çətindir. Bir müddət sosial mediadan uzaq qalmaq istəyirsinizsə, sadalanan bəzi taktikaları sınayın.
Sosial media hesablarını dondurub uzun müddət açmamağa qərar verdikdən sonra narahat olan və yenidən dostlarının hesablarından sosial media tətbiqlərinə daxil olmağa çalışan insanlar tanıyıram. Sosial media hesablarınızı dondurmaqda tərəddüd edirsinizsə, özünüzə sınaq müddəti verə bilərsiniz. Məsələn, 3 gün ərzində bütün hesablarınızı bağlaya və gün ərzində davranışlarınızı asanlıqla müşahidə edə bilərsiniz.
İndi evlərimizdə çoxlu ekranlar var. Ağıllı saatlar, televizorlar, telefonlar, planşetlər və s. Evdəki bütün ekranlardan fərqli şəkillərin və səslərin daşınması bir müddət sonra baş ağrısına səbəb ola bilər. Bunun əvəzinə ekranları eyni vaxtda deyil, bir-bir idarə etmək məntiqi seçim ola bilər.
Sosial mediada nə qədər çox hesab izləyirsinizsə, bir o qədər də oradan ayrıla bilmirsiniz. Kifayət qədər vaxt ayırmaqla, izlədiyiniz hesablardan bəzilərini təmizləyə bilərsiniz. Xüsusilə “İnstagram” haqqında danışsaq, ən az əlaqə saxladığınız hesabları sadalayan bir xüsusiyyət var. Bəzən az məlumat bilmək də insana rahatlıq verə bilər.
Ən çətin və ən mümkün olanı sona buraxdıq Evdən çıxarkən telefon götürmək zərurətə çevrildiyi kimi, qulaqcıqlar da bu ehtiyacın ən vacib hissəsidir. Qulaqcıqlar sosial şəbəkədi videoları izləmək üçün bizə çox dəstək olur. İctimai yerlərdə yüksək səslə videolara baxmaq kimi nəzakətsiz davranmayacağınız üçün qulaqlıq taxmamaq bizi sosial şəbəkədən qoruya bilər.
Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb.
Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır.
Məlum olduğu üzrə, "Tiktok"un müvəqqəti olaraq ölkəmizdə fəaliyyəti dayandırılıb. Buna rəğmən insanlar “Vpn” vasitəsilə bu sosial şəbəkəyə daxil olmağa cəhd edirlər. Bəs, insanlarda sosial şəbəyə olan bu asılılıq nədən qaynaqlanır? Sosial şəbəkələrin mənfi və müsbət tərəfləri nədən ibarətdir? SİA mövzu ilə bağlı, sosioloq, psixoloq və texnologiya üzrə mütəxəssislərin fikirlərini öyrənib.
Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub: “Psixologiyada mühüm bir bəhs var: Adabtasiya problemi. Bu nədir? İnsan hər bir şeyə öyrəşir və istənilən təzə nəsnə bir müddət sonra adiləşir. İnsan bu adiləşmədən sıxılır və nəticədə bu sıxıntını aradan qaldırmaq üçün yenilik-yeni nəsnə axtarışına çıxır. Sosial şəbəkələr daim və hər an yeni məlumatlar ötürdüyü üçün insanın bu tələbatını, yəni yeniliyə ehtiyacını ödəyir. Nə edək? Təbii ki, müasir dövrdə sosial şəbəkələri bağlamaq qeyri-mümkündür. Bir yol var: Sosial şəbəkələrdən düzgün istifadə. Necə? Qanuna və əxlaqa zidd paylaşımlar etməmək. Sosial şəbəkələr də real həyatın aynasıdır. Real həyatda necə davranmalıyıqsa, virtual məkanda da elə olmalıyıq. Yenə də qayıdırıq maarifləndirmə və təhsil işinə. Bu, çox vacibdir. Təbii ki, yüksək əxlaqı, təhsili olan şəxs harada olursa-olsun öz davranışına nəzarət edəcək”.
Psixoloq Gülər Məmmədova: “Ümumilikdə götürsək, “TikTok” istifadəçilərinin hamısını birləşdirən bir xüsusiyyət var. Bəs, bu xüsusiyyət nə ilə səciyələnir? Onlar özlərini real kütlə qarşısında təsdiq edə bilmədiyi təqdirdə, öz şəxsi həyatlarını rahat şəkildə çoxluq içində təqdim edə bilirlər. Bu, həmin şəxslərin reytinqinin yüksəlməsinə səbəb ola bilir və onlar insanların maraq dairəsini idarə edə bilirlər. Onlar özlərini bu sahədə təsdiq ediblər və bu, onlara zövq verir. İnsan sanki özünü özünə sübut etməyə çalışır.
Bəlkə də zamanında ona “Sən bunu bacarmazsan” deyildiyi üçün, insan “TikTok” kimi sosial şəbəkələrdən istifadə edərək öz boşluqlarını doldura bilir. Bu məşhurlaşmaq və diqqət mərkəzində qalmaq istəyənlərə aiddir.
Bu gün “TikTok”un dayandırılması buna vərdiş edən və alüdə olan insanların psixologiyasına mənfi təsir göstərir. Bu aspektdən də onlar digər variantlara üz tuturlar. Lakin insan hər bir ekstremal şəraitə uyğunlaşmağı bacarmalı və bunun hər an baş verə biləcəyini göz önünə gətirməlidir. Bu insanların vacib işləri olmadığından özlərini burada tapırlar və buna görə də narahat olmaqları məqbul sayılır”.
“Technogen MMC” və “DevCenter MMC” şirkətinin təsisçisi, “Aral” Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərrux Rəcəbli: “Sosial şəbəkə artıq həyatımızın bir parçasına çevrilib. Belə ki, bu platformalardan istifadə etməyə heç bir yaş kateqoriyası yoxdur.
Hər ölkədə və hər insanın sosial şəbəkədən istifadəsi fərqlidir. Azərbaycanda düşünürəm ki, daha çox şəxsi məqsədli istifadə reytinqdə daha yüksək olar və sosial şəbəkə proqramları içərisində “TikTok” daha çox məşhurdur. Çünki daha çox gənc kütlənin ən çox istifadə etdiyi sosial şəbəkə məhz “TikTok”-dur.
Asılılıq məsələsinə gələndə mən belə düşünürəm ki, əgər bir insan sosial şəbəkədən biznes, reklam, maarifləndirmə və s. bu tipli ciddi məqsədlər üçün istifadə edirsə sosial şəbəkə onun həyatında sadəcə gündəlik bir planlamaya, yaxud da gündəlik edə biləcəyi bir tapşırığa, işə çevrilə bilər, asılılığa çevrilməyi mümkün deyil. Asılılıq sadəcə o insanlarda və o hallarda yaranır ki, həmin insanların gündəlik heç bir məşğuliyyəti yoxdur və ətraflarında elə bir kütlə yoxdur ki, dostluq etsinlər, onlarla düzgün, daha maraqlı zaman keçirsinlər. Onlar məcbur qalırlar ki, zamanlarını sosial şəbəkələrdə keçirsinlər. Əsasən də “TikTok”da. Bu da bir müddət sonra onlarda asılılıq yaradır. Artıq onlar sosial şəbəkə olmadan yaşaya bilmirlər. Hətta mənim tanıdıqlarım var ki, onlar sosial şəbəkə məlumatlarını itirdiklərinə görə, yaranan hansısa bir problemə görə ciddi psixoloji krizis, yaxud depressiya yaşayıblar. Əlbəttə ki, bu yaxşı hal deyil. Mənfi cəhəti odur ki, biz ətrafımızda artıq yavaş-yavaş hər kəsi itiririk. Çünki hamı artıq bir-birindən sosial şəbəkə vasitəsilə xəbər tutur. Yəni, əvvəlki dövrlərdəki kimi bir-birimizə zəng vurmaq, axtarmaq, maraqlanmaq, görüşmək, zaman keçirmək bu şeylər çox aşağı səviyyədədir. Bir sözlə, sosial şəbəkə bizi gətirib buralara çıxardır.
Digər mənfi cəhətləri odur ki, sosial şəbəkələrdə zaman keçirmək bizim daha ciddi yəni, o zamanımızı daha önəmli şeylərə sərf etməyimizə bir əngəldir. Müsbət cəhəti sadəcə ondan ibarətdir ki, bizə lazım olan hansısa bir məlumatı, hansısa bir xəbəri sosial şəbəkədə əldə edə bilərik və yaxud da ki, hansısa bir yenilik varsa sadəcə o yeniliklə bağlı məlumat əldə edə bilərik. Müsbət cəhət sadəcə bundan ibarətdir və mənfi cəhətləri heyif ki, daha çoxdur. Bunları sadalamaqla bitməz”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə