Cökə ağacının meşə sahələrində və digər yaşıllıq ərazilərdə sayının artırılması məqsədilə Meşələrin İnkişafı Xidmətinin Tovuz, Qəbələ və Zaqatala regional tinglik mərkəzlərində minlərlə cökə tinginin yetişdirilməsi planlaşdırılır.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, cökə ağacı meşələrimizin ən qiymətli ağac cinslərindən biridir və bu qiymətli bitki növünün çoxaldılaraq ölkə ərazisində artırılması olduqca vacibdir. Ölkəmizin meşə ilə örtülü sahəsinin 0,2 faizə qədəri cökə cinsinin payına düşür.
"Cökənin çoxaldılaraq meşəbərpa işlərində istifadəsi, cökə ağacı ilə örtülü meşə sahələrinin genişləndirilməsi, xüsusilə arıçılığın inkişafına töhfə verəcək. Cökə ağacı həm də fitonsitlik xüsusiyyətlərə malikdir ki, bu da havanın təmizlənməsinə şərait yaradır.”.
Xidmət rəsmisi onu da qeyd edib ki, cökə ağaclarının artırılması məqsədilə artıq texnoloji becərilmə üsullarının hazırlanmasına başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB