Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib edib
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbiçisinin atəş nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
"Bu məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB