Uşaqlarda kin olur? - PSİXOLOQ AÇIQLADI

“Adətən, uşaq yaşında olarkən adamda kin olmur. Təbii ki, istisnalar var”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, yəni, küsəyən, xasiyyət etibarilə kinli uşaqlar da olur: “Amma adətən, vəziyyət belə deyil. Yəni, uşaqlar çox vaxt kinli olmur”.

Psixoloq sözlərinə belə davam edib: “Bəs, uşaq kinli və ya travmatik vəziyyət qarşısında necə olur? Uşaq normal vaxtlarda hansısa haqsızlığa, yaşadığı ədalətsizliyə, ayrımcılığa, sevgisizliyə məruz qalırsa, müqayisə olunursa şüuraltı travma qalır. Bu halda yeniyetmə, gənc və yetkin yaşlarında travmalı problemləri olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə