Şəhid ailələri və qazilər Qurban bayramı münasibəti ilə ziyarət olunur - FOTOLAR
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının, Göygöl rayon İcra Hakimiyyətinin və DİHİ-nın Göygöl rayon komitəsinin nümayəndələrinin iştirakı ilə rayon ərazisində yaşayan şəhid ailələri və qazilərin Qurban bayramı münasibətilə ziyarətinə başlanılıb. SİA-nın verdiyi məlumata görə, əvvəlcə şəhidlər xiyabanı ziyarət olunaraq, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.
Sonra bir qrup şəhid ailələri və qazilərin evlərinə baş çəkilərək, onlar Qurban bayramı münasibətilə təbrik olunub və bayram sovqatı verilib. Söhbət zamanı onların qayğıları ilə maraqlanılmış və şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Göygöl rayonunda bu gün başlanan şəhid ailələri və qazi ailələrinin ziyarət olunması tədbiri sabah 9 iyul tarixində də davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB