“Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” texniki yardım layihəsinin təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri P.Mixalko, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini İlqar Qasımov və digər rəsmilər iştirak edib.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyi olan şəxslərin reabilitasiyasının, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının, bu sahədə xidmətlərin daha da təkmilləşdirilməsinin Azərbaycan hökumətinin prioritet fəaliyyət istiqamətlərindən olduğunu, ölkəmizdə bu sahədə davamlı işlərin həyata keçirildiyini qeyd edib.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB