Tanınmış alimin məqaləsi Macarıstanda ingilis dilində nəşr olunub

Macarıstanın Debrecen Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri və Ətraf Mühitin İdarə Edilməsi Fakültəsinin “ACTA AGRARIA DEBRECENIENSIS”- araşdırma jurnalının 1-ci nömrəsində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, kənd t.e.doktoru, professor Fərman Quliyev və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun dissertantı Lalə Hüseynovanın “Azərbaycanın cənub bölgəsi şəraitində bakterial xərçəngin limon kollarında yayılması və zərəri” mövzusunda məqaləsi dərc olunub. Məqalədə sitrus bitkilərinin orta yetişən limon sortlarında (Citrus limon L) bakterial xərçənginin yayılması və zərərliliyinə dair iki illik (2020-2021) çöl və laboratoriya tədqiqatlarının nəticələri ümumiləşdirilir və təqdim olunur. 2020-2021-ci illərdə aparılmış eksperimental sahə tədqiqatı zamanı müəyyən edilmişdir ki, bakterial xərçəng (Xanthomonas citri (Hasse) Dowson.) əsasən limon kollarında (Citrus limon L.) rast gəlinir. Xərçəngdən həm də kinkan (Fortunella margarita (Lour) Swingle.), poncirus (Poncirus (L.) Raf.), laym (Cirtus aurantiifolia (Christm.) Swingle.) zərər görür, portağal və sitronun yapon sortları bu xəstəliyə əhəmiyyətli dözümlülüyü ilə seçilir. Xəstəliyə ən davamlısı naringilərdir (Cirtus reticulata Blanco.) - demək olar ki, onlar bakterial xərçəngdən ziyan görmürlər.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...