Qanda şəkəri normada saxlamaq üçün necə qidalanmaq lazımdır? - MÜTƏXƏSSİS AÇIQLADI
“Sağlam qidalanma mövzusunda insanlar çox zaman məsələyə yanlış mövqedən yanaşırlar. Məsələn bəzi dietoloqlar pəhriz reseptinə bonus olaraq tort yazdığını və s. qeyd edirlər”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, ünumiyyətlə sağlam qidalanma mövzusunda qan şəkərini artırmamaq, balansı pozmamaq üçün boş karbohidratlardan uzaq durmaq lazımdır: “Hansı ki, ağ un və şəkərdən hazırlanan tortlar və bir çox şirmiyyatlardan sağlam insanlar belə əslində birmənalı olaraq uzaq durmalıdırlar. Alternativ olaraq tam buğda unu, doşab, tut bəhməzi, keçi buynuzu bəhməzi, bal və bu kimi təbii vasitələrlə hazırlanmış şirniyyatları həddi aşmadan istehlak etmək məsləhət görülür. Burada böyük bir sıxıntı yoxdur. Amma mütləq şəkildə də yenə də həddi aşmamağa diqqət etmək vacibdir. Çünki bal nə qədər məsum görünsə də tərkibində 60 faiz furuktoza var. Bu da qanda şəkəri artıra bilər.
Amma şəkər xəstələri ümumiyyətlə qanda şəkəri artıran bütün məhsullardan uzaq durmalıdırlar. Hətta bəzi şirin meyvələrin qəbulundan belə imtina etməlidirlər.
Əgər bu cür insanlar şirniyyat istıyirlərsə şəkərli diabet xəstələri üçün evdə tam buğda unu və çox cüzi miqdarda şirinliyin hiss olunması üçün baldan istifadə etməklə hazırlanan şirniyyatlar qəbul edilə bilər. Bu cür şirniyyatlarda hər kiloqrama 20 qram bal əlavə etməklə, gün ərzində iki-üç ədəd qəbul etmək olar. Bu belə çox yeyildikdə şəkərli diabet xəstələrində qanda şəkərin artması ilə nəticələnə bilər. Buna görə də oonların xüsusi reseptlər əsasında qidalanmasına diqqət etmələri çox vacibdir. Yəni sağlam şəkildə hazırlanmış şirniyyatlardan belə qan şəkərini artırmamaq üçün balansdırılmış şəkildə, həkim tövsiyyəsi ilə qəbul edilməsi məsləhətlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB