Sosial şəbəkələrdən həddindən artıq istifadə NƏLƏRƏ SƏBƏB OLUR? - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ
“Son zamanlar insanlar arasında sosial şəbəkələrdən, internet resurslarından istifadənin və yaxud da internetdən asılılığın göstəriciləri artıb. Elə iş sahələri, fəaliyyət sahələri mövcuddur ki, həmin sahədə çalışan insanların işi internetdən asılı olduğuna görə, onlar səhərdən axşama kimi bu resurslardan istifadə edirlər. Onlar demək olar ki, tamamilə internetdən asılı vəziyyətdə olurlar”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Rəşad Əsgərov deyib.

Onun sözlərinə görə, digər bir tərəfdən isə müəyyən bir qrup insanlar var ki, onlar boş vaxtlarını ancaq internetdə, sosial şəbəkələrdə keçirməklə məşğul olurlar: “Belə olan halda həm yuxarı yaşda olan insanlar, həm də gənclər internetdən tamamilə asılı vəziyyətə düşürlər. Bu asılılıq insanların bir-biri ilə canlı ünsiyyətini, münasibətini ləngidir və ya tamamilə sıradan çıxardır. İnsanlar bu resurslardan istifadə edərək proseslərə təsir etməyə meyl olurlar. Bunun nəticəsində də asosiallıq, cəmiyyətdən uzaqlaşma meylləri daha çox artır. Bu artım insanlarda özünə qapanma, özgələşmə, cəmiyyətdən təcrid meyllərini artırır. Belə insanlar daha çox aqressiv olur. Cəmiyyətə və insanlara qarşı münasibətdə asosial meyillərin güclü olduğu insanlarda sanki cəmiyyətə qarşı bir mübarizə yaranır. Yaxşı olardı ki, bu tip insanlar internet resurslarından istifadə edərkən ya gün rejiminə, ya saat rejiminə müəyyən məhdudiyyətlər qoymaqla gün ərzində internet resurslarından istifadə etsinlər. Belə olan halda həmin insanlar özlərini daha gümrah hiss edəcəklər”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB