Kişilər günü 23 fevral, yoxsa 26 iyun tarixində keçirilməlidir? - SORĞU
23 fevra Qızıl orsunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi qeyd edilirdi. İndi ölkəmizdə bəzi vətəndaşlar 23 fevralı kişilər günü kimi qeyd edir. Amma onu qeyd etmək lazımdır ki, Qızıl Ordu Azərbaycan xalqına qarşı fəalliyyət göstərmişdir. Bəzi insanların bundan xəbərləri yoxdur. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Bəzi insanlar isə kişilər gününü məhz bu tarixdə qeyd edirlər. Bəs görəsən şəhər sakinləri kişilər gününün hansı tarixdə qeyd edilməsinin tərəfdarıdır? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Raqif Xəlilov: "23 fevral əvvəllər qeyd edilirdi. İndi qeyd edilimir. 23 fevral Qızıl Ordunun yarandığı gündür. İndi biz müstəqil dövlətik, SSRİ-nin tərkibində deyilik. Ona görə, 23 fevralı qeyd etmək lazım deyil".
Şəhər sakini Zərifə Əhmədova: "Kişilər günü 26 iyun tarixində olmadır. Milli ordumuzun yarandığı gün Kişilər günüdür. Biz müstəqil bir dövlətik. Artıq SSRİ-dən asılı deyilik. Sovet dövləti heç vaxt bizim tərəfimizdə olmayıb. Hər zaman bizi əzmək istəyirdilər. Həmin Qızıl ordu bizim xalqızımıza qarşı qətliam törətmişdir".
Şəhır sakini Vüsalə Kərimova: "23 fervral sovet dövründən qalma bir adət idi. Hərbi qüvvələr günü həm də kişilər günü kimi də qeyd edilirdi. Amma artıq buna ehtiyac qalmayıb. Bizim öz Ordumuz var. Elə həmin ordunun yaranma tarixi də kişilər günü olaraq keçirilməlidir".
Şəhər sakini Ərəstun Əzizov: "Məncə, hər iki tarixdə də qeyd edliməlidir. Azərbaycanda Milli ordu 26 iyun tarixində yaranıb. O dövrlər 23 fevral tarixində qeyd edilirdi. İndi çox az insan 23 fevral tarixində qeyd edir. Çoxu elə 26 iyun tarixində kişilər gününü qeyd edirlər".
Şəhər sakini Qənirə Nəsibli: "Kişilər günü ümumiyyətlə, qələbə çaldığımız gün keçirilməlidir. Yəni 8 noyabr. Azərbaycanın mərd oğulları, kişiləri vətəni qorudu, öz torpaqlarına sahib çıxdı. Ona görə düşünürəm ki, məhz o gün kişilər günü olmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar bu döyüşdə əsl kişilik nümayiş etdirdilər".
Şəhər sakini Rozalina Abbasova: "26 iyun Milli ordunun yarandığı gündür. o gün Azərbaycanda kişilər günü kimi qey edilməlidir. 23 fevralı ona görə qeyd etmək lazım deyil ki, həmin tarixdə Qızıl ordu yaranmışdır. O ordu Azərbaycan xalqına qarşı idi. Qızıl ordunun dəstəyi ilə Azərbaycanda qətliamlar törədilmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB