Asosial insan KİMLƏRƏ DEYİLİR? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“Ümumiyyətlə insanlar iki qrupa bölünür: sosiallar və asosiallar. Asosiallar yəni cəmiyyətdə daha çox insanların sıx olduğu yerlərdən qaçanlar, sosiallaşmaqda çətinlik çəkən insanlar, kompleksi olan insanlar, temperament tipinə görə biraz melanxolik xarakterli insanlar, cəmiyyətdə bəzən olur ki, özünü izah edə bilmir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun psixoloqu Lalə Əhmədova deyib.

Psixoloq qeyd edib ki, həmin insanlar komplekslərə girirlər, ictimai yerlərdə sıxılırlar: “Bu tip insanlara asosial insan, yəni sosiallaşmaqda çətinlik çəkən insan deyirlər. Bəzən bu ailədən də qaynaqlanan bir şey olur. Uşaq çox asosial yetişdirilir. İnsanlarla çox ünsiyyət qurmur, onlara gəlib-gedən insan sayısı az olur. Məhdud bir çərçivədə böyüyür və nəticə etibarı ilə həmin insanda asosiallıq, yəni ünsiyyətə girməkdə çətinlik, davranışda bəzi xətalar görülə bilir. Cəmiyyətdə asosial insanlara bəzən sosial fobiyalı insanlar da deyilir, yəni sosial fobiya hardasa cəmiyyət içərisində, insanların çox olduğu yerlərdə görülür. Məsələn elə insanlar tribunada çıxış etməyə utanır, məclislərdə özünü çox utancaq insan kimi aparır. Deyirlər ki, “bu insan niyə belə utancaqdır”, əslində bu sosial fobiyadır, asosial insandır. Asosial insanlar az müddət psixoloji dəstək aldıqdan sonra bu komplekslərindən gözəl bir şəkildə azad ola bilirlər. Bunun məndə hədsiz çox bariz nümunəsi var ki, məsələn insan alim ola bilər, indiyə qədər müdafiə belə edib, amma tribunaya çıxıb uşaqlara dərs deyə bilmir. Həmin insan az müddətdən sonra bütün bu asosiallığını, sosial fobiyalarının hamısını atdı. Az müddət dəstək, bu narahatçılıqdan qurtulmaq üçün kifayətdir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə