Orduda qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb - Hərbi prokuror

Ötən il Silahlı Qüvvələrdə qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb.

SİA-nın məlumatına görə, bunu Baş prokurorun müavini - Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün Hərbi Prokurorluqda keçirilmiş Kollegiya iclasında deyib.

"2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz azalıb", - deyə Respublika hərbi prokuroru bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...