Dekabrın 19-u saat 22:00 radələrində paytaxtın Xətai rayon sakini 1947-ci il təvəllüdlü Vaqif Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Xətai rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1970-ci il təvəllüdlü Ceyhun Rizayevin yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vaqif Hüseynovun döş qəfəsinin sol yan səthinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Ceyhun Rizayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB