Milli Məclisin deputatı şəhidlərin anım mərasimlərində iştirak edib - FOTOLAR
Milli Məclisin deputatı Malik Həsənov, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri Cəlilabad şəhərində Həbibi Fizuli Nizami oğlunun və Kövüzbulaq kəndində Nadirli Kənan İlqar oğlunun şəhidlik zirvəsinə ucalmalarının ildönümü ilə əlaqədar anım mərasimlərində iştirak ediblər. SİA-nın məlumatına görə, millət vəkili Malik Həsənov qanları ilə tarix yazan şəhidlərimizin həyat yolunun gənclərimiz üçün vətənpərvərlik məktəbi olduğunu bildirərək qeyd edib ki, illər əsrlərə, əsrlər minilliklərə çevrilsə də, şəhidlərimiz heç zaman unudulmayacaq, xatirələri daim ürəklərdə yaşayacaq! Onların qanları ilə qazdıqları Zəfər Günü tariximizin ən şanlı səhifəsidir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, valideynlərinə belə vətənpərvər övladlar böyütdükləri üçün təşəkkürümüzü bildiririk.
Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb, ruhlarına dualar oxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB