Arayik və Nikol tezliklə Şuşada “DQR” Parlamentinin açılışında iştirak edəcəklər - İRONİYA

"Arayik Arutyunyan və Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşada "Qarabağ parlamenti"nin binasının açılış mərasimində iştirak etmələrinə çox az vaxtı qalıb". Bu barədə Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan öz Facebook səhifəsində separatçıların lideri Arayik Arutyunyanın vədini ironik olaraq xatırladaraq yazıb.

Xatırladaq ki, 2020-ci il sentyabrın 19-da, müharibənin başlamasına bir neçə gün qalmış Arayik Arutyunyan öz Facebook səhifəsində qeydlə şəkil yerləşdirmişdi: “2022-ci il mayın 9-da qala şəhərin işğaldan azad edilməsinin 30-cu ildönümü ilə əlaqədar Dağlıq Qarabağ Respublikası Milli Məclisinin iqamətgahı Stepanakertdən Şuşaya köçürüləcək...”.

Qazaryan xatırladıb ki, 2022-ci il mayın 9-na 200 gündən az vaxt qalıb: “Ümid edirəm ki, Arayik Arutyunyan və Nikol Paşinyan bu gün Şuşaya səfər edəcək və bununla da vədlərini yerinə yetirəcəklər. Əks halda, mən bu gün siz iki nəfərdən bir məsələ barədə düşünməyinizi xahiş edəcəyəm. Sizin barənizdə vətəndaşlar hansı sözləri və fikirləri seçsinlər ki, sonradan heç kim qanuna uyğun olaraq cərimə edilməsin və ya cinayət məsuliyyətinə cəlb olunmasın”.

Bütün xəbərlər Facebook səhifəmizdə