Masallıda cüdo idman növü üzrə rayon birinciliyi keçirilib

1-2 noyabr 2021-ci il tarixlərdə Masallı şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbin idman zalında “Zəfər Günü”nə həsr edilmiş uşaqlar və yeniyetmələr arasında cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.

Yarışın mükafatlandırlma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək yarış iştraksılarını salamlamış və idmançılara uğurlar arzulayaraq bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın hərb tarixinin yeni və şanlı salnaməsi yazıldı. İdarə rəisi qeyd etdi ki, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tapıb.

İki gün davam edən yarışda 11 çəki dərəcəsində 60 nəfərə yaxın idmançı öz gücünü sınayıb.

Yarışda qalıb gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə