YAP GB ölkə gənclərini bir çətir altında birləşməsini hədəfləyir - FOTOLAR

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Şəki şəhərində gənclərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bildirib ki, Gənclər Birliyi tərəfindən müxtəlif layihələr və tədbirlər həyata keçirilməklə yanaşı bölgələrdə gənclərlə də qarşılıqlı diskussiya formatında görüşlər keçirilir: “Bu görüşlərin əsas məqsədi bölgələrimizdə olan gənclərimizin fikirlərini öyrənmək, onların təşəbbüslərinə dəstək olmaqdır. Çünki, YAP Gənclər Birliyi ölkəmizdə gənclər sahəsində ən böyük təşkilat olaraq onların cəmiyyətdə fəal və təşəbbüskar rolunu dəstəkləyir. Xüsusilə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinin yeni tərkibdə formalaşdırılmış Gənclər Birliyindən əsas gözləntisi odur ki, Azərbaycan gənclərini qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çətir altında birləşməsi təmin edilsin”.

B.İslamov qeyd edib ki, gənclərin potensialından ölkəmizin inkişafı naminə bəhrələnmək üçün təkcə intellektual imkanlar, bilik və bacarıqlar kifayət deyil. Eyni zamanda həmin potensialın sərgilənə bilməsi üçün gənclərə münbit şəraitin yaradılması, onlara meydan verilməsi çox vacib məsələdir. Bu gün Azərbaycanda Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət gənclər siyasəti məhz gənclərimizin bu yanaşma əsasında inkişafını özündə ehtiva edir.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...