Avqust ayının 29-da Xırdalandakı “Zirvə” liseyinə yolumuz düşmüşdü. Tanışlarımızdan birinin bacısı oğlu “Zirvə” liseyinə qəbul olunmuşdu. Liseyin həyəti çox böyük idi, burada oxuyan uşaqlar üçün hər cür şərait yaradılmışdı. Liseydə şagirdlər üçün müasir yataqxana, asudə vaxtlarını keçirmək üçün idman zalı, futbol, voleybol meydançaları, müasir üslubda inşa edilmiş yeməkxana var. Liseyin bir tərəfində isə yaşayış binasıdır.
Onu demək lazımdır ki, liseyin həyətinə valideynlərdən başqa heç kim buraxılmır. Mühafizəçilər təhlükəsizlik nöqteyi-nəzərindən kənar şəxslərin məktəbin ərazisinə daxil olması məhdudlaşdırılıb.
Liseydən kənarda isə bizi tamam başqa mənzərə qarşıladı. Zibillikdən gələn üfunət insanda xoş olmayan aura yaradır. İstər-istəməz ərazinin təmizliyinə bilavasitə cavabdeh olan şəxsləri xatırlamalı olursan. Ətrafda da yeni tikilmiş binalar, birinci mərtəbədə marketlər, “Bazarstore”, avtobus dayanacaqları...
Şəhərin ən gur yerində belə bir zibilxananın olması təbii ki, Xırdalan şəhərinin adına xələl gətirir. Bəlkə də xarici vətəndaş olsaydı, zibilliyin şəklini çəkib bütün dünyaya yayardı. Sual olunur, aidiyyəti qurumlar hara baxır, məgər zibil maşınları işləmir? Əgər varsa, niyə vaxtı-vaxtında o zibilləri daşımırlar?
Düşünürük ki, şəhərin mərkəzi küçəsində, “Zirvə” liseyinə yaxın ərazidə belə bir zibilliyin olması, onun daşınmaması, ətrafa yayılan iy-qoxu koronavirusdan daha təhlükəlidir.
Bizə elə gəlir ki, Xırdalan şəhərinin aidiyyəti qurumları bundan bir nəticə çıxarıb tezliklə ərazidə səliqə-səhman yaradacaqlar. Xırdalan kimi bir şəhərdə təmizliyin bərqərar olması üçün bütün sakinlər əl-ələ verib şəhəri zibillik girdabından qurtaracaqlar.
Mövzuya yenidən qayıdacağıq.
Məmmədhəsən Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB