Hər birimizin həyatında elə anlar olur ki, nəyəsə, kiməsə əsəbləşir, narahatlıq, hətta stress keçiririk. Kiminsə dediyi hər hansı bir söz və ya hərəkət bizi qıcıqlandıra bilər. Stress və əsəb zamanı necə edək ki, sağlamlığımızı qoruyaq və psixoloji durumumuzu tənzimləyək?
Araşdırmalar göstərir ki, əsəbləşdiyimiz zaman özümüzü sakitləşdirə və stressdən çıxa bilərik.
Əsəbi hal, stress, qəzəb həyatımızın bir hissəsidir və uyğun şəkildə ifadə edildikdə son dərəcə təbii və sağlam bir duyğudur. Hətta insanı stimullaşdıraraq qoruyucu və aktivləşdirici funksiyaya malikdir. Bir insanın öz sərhədlərini qoruması da lazımdır. Ancaq əsəb özümüzə, ətrafımıza və münasibətlərimizə zərər verəcəyi nöqtədədirsə, onu idarə etmək lazımdır.
Çox vaxt insanlar əsəblə nə qədər problem yaşasalar da, bu duyğunu qəbul etmək və bir mütəxəssisdən kömək istəməkdənsə, onu boğmağa, görməzliyə vurmağa və inkar etməyə meyllidirlər. Ancaq bu, inkar etmək və görməzdən gəlmək, əsəblə sağlam və təsirli bir şəkildə mübarizə aparmağa imkan vermir.
Çünki bir çox araşdırma sayəsində hamımız bilirik ki, qəzəbi basdıraraq sağlam bir şəkildə ifadə etmək mümkün olmadıqda, bu, sağlamlıq probleminə səbəb olur. Bundan əlavə, əsəbi daim bastırmaq və gözardı etməklə onu idarə etməyə çalışmaq, bədbəxtlik, günahkarlıq və depressiya kimi psixoloji problemlərə səbəb olur. Bu səbəbdən əsəbi olmaq sağlam şəkildə qəbul edilməli və ifadə edilməlidir.
Əsəb, əslində incidiyimizə, haqsızlığa uğramağımıza, ehtiyaclarımızın və ya istəklərimizin qarşılanmadığına, maneə törədildiyimizə, emosional bir problemə göz yumduğumuza, münasibətlərdə çox şey qurban verdiyimizə, öhdəsindən gələ bilməyəcəyimizdən daha çox məsuliyyət götürdükdə, xəyal qırıqlığına uğradıqda və ya təhlükə hiss etdikdə ortaya çıxır. Bu səbəbdən əsəbi sağlam bir şəkildə yaşamaq və ifadə etmək üçün əsəbiləşdiyimiz zaman dayanmaq, qəzəbi qəbul etmək, bunun əsl səbəblərini anlamaq və ifadə üsulunu idarə etmək vacibdir.
Hər şeydən əvvəl, insanın öz fikir və duyğularından xəbərdar olması və onları tanıması lazımdır. İdarə etməkdə çətinlik çəkdiyiniz bir qəzəb daxili qarşıdurmanın xəbərçisidir. Qəzəbləndiyiniz vəziyyətləri təyin edərək, qəzəbinizin altında yatan günahkarlıq və dəyərsizliyə dair şüursuz düşüncələrinizi kəşf etməlisiniz.
Qəzəbləndiyiniz zaman ağlınızdan keçənlərə diqqət yetirin və bu düşüncələri müəyyən edin. Çünki, əsəb halı araşdırıldıqda, əsasən səhv şərh və anlayışların olduğu görülür.
Bipolyar düşüncə: hadisələri və ya insanları hamısı və ya heç bir şey kimi qiymətləndirmə meylinə deyilir.
Mənfi fikir: Şəxs demək olar ki, yalnız mənfi cəhətlərə diqqət yetirir və nadir hallarda pozitivlərə məhəl qoymur.
Ümumi mənfi düşüncə: tək bir hadisəyə əsaslanan mənfilik haqqında vahid bir təsəvvürün yanamasıdır.
Zehni oxumaq: Düşündüklərinin kifayət qədər sübutu olmadan insanların nə düşündüklərini bildiklərini fərz etmə halıdır.
Fərdiləşdirmə: Hadisələrin özü ilə əlaqəsi olmasa da və ya bir qədər əlaqəli olsa da, yalnız özünə aid edilməsi düşüncəsidir.
Hadisəni böyütmə: Başqalarının və ya özünün səhvlərinin qabartmaq halıdır.
Etiketləmə: Özünün və ya digər şəxsin davranışına əsaslanan münasibət haqqında ümumi bir nəticədir.
Bu cür düşüncə tərzlərinizin olub olmadığına diqqət yetirərək, səhv şərhlər edib etməməyinizə diqqət yetirməli və alternativ bir müsbət düşüncə tərzi yaratmalısınız.
Sakit bir şəkildə ünsiyyət tərzi inkişaf etdirilməlidir. Bu səbəbdən dərhal nəticələrə diqqət yetirmək və hərəkət etmək əvəzinə, sakit olmağa çalışın, reaksiyalarınızı idarə etməyə çalışın və ağlınıza gələn ilk şeylə hərəkətə keçməyin. Qarşı tərəfi sona qədər dinləyin və həqiqətən nə demək istədiyinizi müəyyənləşdirin.
Çox sadə davranış müdaxilələri ilə sakitləşməyə çalışın. Məsələn, sizi əsəbləşdirən mühitdən və ya vəziyyətdən uzaqlaşaraq sakitləşmək üçün özünüzə vaxt verin.
Asan olmasa da qarşınızdakı insanla empatiya qurmağa çalışmaq, onu anlamağa çalışmaq və davranışının səbəbini tapmaq əsəbi halınızın dəyişməyə kömək edəcək.
Psixoloq Aytən Ələkbərova əsəbi halda insanların özünü necə kontrol altında saxlaması haqqında danışıb.
Onun sözlərinə görə, əsəbi halda olacaq xarakterin aksentuasiyasıdır: “Xarakter əlamətləri müxtəlif və çox cəhədli olsalar da, bəzən görürük ki, onların biri və ya bir necəsi insanın davranış və rəftarlarında daha qabarıq şəkildə özünü göstərə bilir. Yəni burada artıq ilk olaraq potoloji xarakter əlamətlərin ümumiliyidir. Onlar fərdi psixi simanı bütünlükdə müəyyən edir. Eyni zamanda bunlar psixopatiya adlanır. Hansı ki, bu insanlar özlərini əsəbi halda idarə edə bilmirlər. Psixopatın xarakter tipi istənilən şəritdə ailədə, məktəbdə hər yerdə və bütün yaş kateqoriyasında, adi və qeyri-adi şəraitdə özünü göstərə bilir. Patologiyanın ikinci patoloji xarakter əlaməti isə onlarda fərdin həyatı boyu əsaslı dəyişikliklərində baş verəcək xüsusi göstəricidir. Üçüncü patoloji xarakter əlaməti fərdin ətraf mühitinə uyğunlaşmasını çətinləşdirir. Deməli, əsəbi olan insanın bir tək əsəbi və affekt hallarında assemik hallarına düşdüyü durumlardan aslı deyil. Onun öncəki xarakterində həmin xarakterin aksentuasiyasında patoloji olaraq 3 əsas əlamətdə özünü göstərir. Bu baxımdan insanlarla ünsiyyət zamanı müxtəlif aqresiyalarla qaşılaşa bilərik. Bu zaman onlar özlərinə necə kömək edə bilərlər? Ya heç əlamətlər müşahidə olunmur və ya müşahidə olunursa artıq onlara öncədən psixoloji və nevroloji müalicələr etmək lazımdır. Həmin insanlar özlərini cilovlaya bilirlər. Amma tamamilə nəzarətsiz qalıb, əsəbi hallarda bir çox hadisələr törətməyə qadir insanlar da olurlar. Yaponların bir cümləsi var, gördün əsəbləşirsən 30-a kimi say, əgər aqressiya bitmirsə, dərhal duş qəbul et. Bu ən gözəl üsullardan biridir. Bu halı hiss etmək və qarşısını almağa çalışmaq və sakitləşdirmək düzgün addımdır. Bu baxımdan musiqiyə qulaq asmaq ən doğru seçimdir. Əlbəttə, fərdin psixoloji xüsusiyyətlərindən və düşdükləri vəziyyətlərdən də çox şey aslıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB