Yoluxma sayı "Delta" ştammına görə artır - Yaqut Qarayeva

Yoluxma sayı "Delta" ştammına görə artır  - Yaqut Qarayeva

"Koronavirusa yoluxmaların artması məhz "Delta" ştammının yayılması ilə əlaqədardır". SİA xəbər verir ki, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, "Delta" ştammının müalicəsi digərlərindən fərqli olmadığı üçün xəstələrin "Alfa", "Betta" və ya "Delta" ilə yoluxduğunu müəyyənləşdirməyin heç bir kliniki əhəmiyyəti yoxdur: "Amma elmi və epidemioloji olaraq hazırda Azərbaycanda yayılan ştamm əsasən "Delta" ştammıdır. Məhz bu səbəbdən yoluxmalar bu qədər kəskin artıb".

Bütün xəbərlər Facebook səhifəmizdə