Bəşəriyyətin "ağ ciyəri" çökür - ARAŞDIRMA

Meşələr nisbətən böyük və kiçik sahələrdə yerləşən, ekosistemə təsir edən, eyni zamanda birgə şəraitdə inkişaf edən ağac, bitki topluluğuna meşə deyilir. Meşələr bəşəriyyətin “ağ ciyər"ləri sayılır. Bu baxımdan meşə kimi təbii sərvətlər bir çox insanın həyatında böyük rol oynayır.

Dünyada statistika belədir:

Dünyada meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Fedarasiyasının, 478 milyon hektarı Brazilyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir.

Məşələrin ekosistemə təsiri necədir?

Hər şeydən əvvəl meşə ekosistemi iqlimə təsir göstərir. Meşə ekosistemi özü-özünü tənzim edir. Meşədəki ağaclar, kol, ot bitkiləri ömrünü başa vurduqda onların əvəzində yeni bitkilər inkişaf edir və yaranan boşluqlar bərpa olunur. Lakin, Yer kürəsində bitki aləminin tam dərin öyrənilməyən, toxunulmamış meşələr hələ də gizliliyini özündə saxlayır. Planetimizdəki meşələrin əksər hissəsi insan fəaliyyətinin təsiri altındadır. Buna görə də bir çox meşələr yenidən bərpa olunur. Meşə ekosistemini süni şəkildə yaratmaq çox çətindir. Meşənin müxtəlif tərkib hissələri arasında qarşılıqlı əlaqə uzun illər ərzində formalaşır. Sıx bitki örtüyü əmələ gəldikdən və heyvanların yaşayış şəraiti formalaşdıqdan sonra mikroiqlim yaranır. Daha sonra meşənin özünü tənzimləmə qabiliyyəti bütün təbii prosesləri nizamlayır. Qocaman ağaclar məhv olduqca yerini cavan ağaclar tutur. Meşə ekosistemində bütün komponentlər bir-biri ilə sıx əlaqədə olur. Meşə ekosistemi aşağıdakıları öz-özünə təmin edir.

~ floranı təşkil edir;

~ heyvanlar, quşlar və böcəklər üçün yaşayış yeri təmin edir;

~ meşədə və yaxınlıqda axan su sahələrindəki (çaylar və göllər) suyun vəziyyətinə təsir göstərir;

~ havanın təmizlənməsinə kömək edir;

~ meşə müxtəlif ekosistemlər arasında maneə olur.

Meşələr həm də insanlar üçün istirahət yeridir. Buna görə meşə yaxınlığında və meşələrdə müalicə mərkəzləri, istirahət mərkəzləri yaradılır. Meşənin yalnız təbiətin bir hissəsi deyil, həm də mədəni irsin bir hissəsidir. İlk insanlar meşə ehtiyatlarından çox asılı idilər, çünki orada qida əldə edirdilər. Buna görə də qədim insan məskələrin meşələrə yaxın olan ərazilər idi. Bu baxımdan, bu məsələyə baxarkən meşələrin insanların həyatındakı mədəni və sosial rolu da nəzərə alınmalıdır.

Meşənin maddi ehtiyatları

Meşə insanlar üçün maddi sərvətdir. Aşağıdakı mənbələri təmin edir:

  • tikinti və sənətkarlıq üçün ağac;
  • meyvə, giləmeyvə, göbələk və qoz-fındıq;
  • yemək və dərman üçün vəhşi arılardan bal;
  • insan istehlakı üçün oyun;
  • su anbarlarından içməli su;
  • müalicə üçün dərman bitkiləri.

Bu gün ağaçlara tələbat da çoxdur. Bu səbəbdən meşələr bütün qitələrdə çox sürətlə və kütləvi şəkildə kəsilir. Yalnız binaların tikintisi üçün deyil, həm də müxtəlif əşyaların və qabların, mebel, kağız, karton istehsalı üçün istifadə olunur. Ən az qiymətli süxurlar və tullantılar yanacaq olaraq istifadə olunur, yandırıldıqda istilik enerjisini buraxır. Dərman və kosmetika məhsulları meşə bitkilərindən hazırlanır. Ağaclar aktiv şəkildə kəsildiyi üçün bu, ekosistemlərdə dəyişikliklərə və bir çox flora növünün məhv olmasına səbəb olur. Beləliklə, qlobal bir ekoloji problemin yaranır .Çünki, planetdə fotosintez prosesini həyata keçirən ağacların sayı kəskin şəkildə azalır, yəni havaya oksigen buraxacaq bitki azalır. Nəticə də karbon dioksid atmosferdə yığılır, havanın çirklənməsinə səbəb olur və havanın temperaturu yüksəlir, iqlim dəyişir. Ağacları kəsərək planetdəki həyatı daha çətinləşməsinə səbəb oluruq. Eyni zamanda, yalnız insanlar üçün həyatı təhlükə yaranır.

Problemlər

Meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlərlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesi xüsusilə Avropaya toxunmuşdur. Rusiyada, ABŞ-da, Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi sürətdə qırılmaqdadır. Bir çox meşələr yanğın təhlükəsi altındadır. Bütün bunlar torpağın tullantılarla çirklənməsinə səbəb olur.

Dünya da ən çox yağıntıının düşdüyü yer Amazon meşələridir. Bu meşələri dünyanın ağ ciyəri adlandırırlar. Lakin araşdırmalar nəticəsində Amozon meşələrin də problem yarandığı təsbit olunub. Amozon meşələrində karbon qazının udmaq qabiliyyətindən daha çox karbondioksit istehsal etdiyi məlum olub. Təhlilər nəticəsində məlum olub ki, Amazonlar ildə bir milyard ton karbon dioksid yayırlar. Mütəxəssislər, dünyanın ciyərləri adalndırılan Amazonun iqlim böhranını sürətləndirəcəyindən qorxur. Meşələrin qırılması və yanğınların çox olması ən böyük prdoblemlərdən biridir.

Karbon emissiyalarının əksəriyyəti meşə yanğınlarından qaynaqlanır. Bununla yanaşı, elm adamları, Amazonlar da meşə yanğınlarının olmamasına baxmayaraq karbon yayması xüsusilə narahat edir. Quraqlığa və istilik dalğalarına məruz qalan ağaclar daha asanlıqla ölür və ya yandırılır, azalan ağac sayı daha az yağış verir və bu vəziyyəti daha da çətinləşdirir.

Amazon meşəlində yaranan problemlərlə bağlı Braziliya prezidenti Cair Bolsonoro bu fikirləri deyib: “2007-ci ildən bəri artan meşə yanğınlarına görə ağır problemlər yaşayırıq. Avropa Birliyi Amazonun məhv olmasının qarşısını almaq üçün səy göstərmir. Belə olduğu halda, Braziliya digər ölkələrlə ticarət müqaviləsini bloklayacaq”.

Amazon tropik meşələri iqlimin dəyişməsi səbəbindən yarım əsr sonra quru savannaya çevrilə bilər. Bu barədə Nature “Communications” jurnalında dərc olunmuş tədqiqat materialında bildirilir. Tədqiqata əsasən, iqlim dəyişikliyinin geriyə dönüşü olmayan nöqtəyə çatması 15 ildən sonra daha bir böyük ekosistemi, Karib hövzəsindəki mərcan rifini məhv edə bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür iqlim dəyişiklikləri bütün canlılar üçün ağır nəticələr verəcək.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə