AQTA qeydiyyata alma işləri aparıb

AQTA qeydiyyata alma işləri aparıb

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir. AQTA-dan SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq 21-26 iyun 2021-ci il tarixlərində AQTA tərəfindən ümumilikdə 6 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 2 ədədi Türkiyə, 1 ədədi Belçika, 1 ədədi İsrail, 1 ədədi Rusiya Federasiyası, 1 ədədi isə Ukrayna istehsalıdır.

№

İstehsalçı ölkə

İstehsalçı şirkət

Preparatın adı

Preparatın növü

1

Türkiyə

ZNF Besin Maddeleri San. ve Tic. Ltd. Şti.

Pal-100

yem əlavəsi

2

Türkiyə

Almer Kimya İlaç Gıda Tarım Hay. Vet. Dan. San. Tic. Ltd.Şti.

Water Clean 15%-li

baytarlıq preparatı

3

Belçika

Intraco Ltd. N.V.

Maksibind

yem əlavəsi

4

İsrail

BİOVAC Ltd.

VIR 105

baytarlıq preparatı

5

Rusiya Federasiyası

Orqpolimersintez SPb MMC

Monklavit-1

baytarlıq preparatı

6

Ukrayna

O.L.KAR-AgroZooVet-Servis

O.L.KAR-
Levamizol-10%-li

baytarlıq preparatı

Bütün xəbərlər Facebook səhifəmizdə