Bakı Nəqliyyat Agentliyi sürücülərə MÜRACİƏT ETDİ

Proqnozlaşdırılan güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq. SİA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sürücülərə etdiyi müraciətdə qeyd olunub:

"Piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamaları, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz. Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin", - deyə müraciətdə bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...