Azərbaycanda peyvənd olunanların sayı nə qədərdir?

Azərbaycanda peyvənd olunanların sayı nə qədərdir?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 077 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 872 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 381 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 917 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 464 090 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə