İyulda QİƏT Parlament Məclisinin sessiyası keçiriləcək

İyulda QİƏT Parlament Məclisinin sessiyası keçiriləcək

1-2 iyul tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin növbəti sessiyası keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə yap.org.az saytına Azərbaycanın bu təşkilatda nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Asəf Hacıyev məlumat verib.

A.Hacıyev bildirib ki, mayın 18-də keçirilən qurumun büro iclasında sessiya öncəsi məsələlər müzakirə olunub. Onun sözlərinə görə, iclasda QİƏT Parlament Məclisinin nizamnaməsində müəyyən dəyişikliklərin edilməsi qərara alınıb. Bu məqsədlə işçi qrupu yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə